ATƏT-in Minsk qrupunun həmsədrləri – İqor Popov (Rusiya), Endryu Şofer (ABŞ), Stefan Viskonti (Fransa), eləcə də ATƏT-in fəaliyyətdə olan sədrinin Dağlıq Qarabağ münaqişəsi üzrə şəxsi nümayəndəsi Anjey KaspşikAzərbaycanın işğal altında olan Xankəndi şəhərinə gəliblər.

“Report” Ermənistan KİV-inə istinadən xəbər verir ki, onlar Xankəndində separatçı rejimin rəhbəri Bako Saakyanla görüşüblər.

Görüşdə cəbhə xəttindəki vəziyyət müzakirə edilib.

Xatırladaq ki, həmsədrlər mayın 27-də bölgəyə səfərə gəliblər və ilk olaraq Yerevanda olublar. Həmsədrlər Bakıya da gələcəklər.