Gürcüstanın sabiq prezidenti, Ukraynanın Odessa vilayətinin sabiq qubernatoru Mixail Saakaşvili bu gün Kiyevə gedəcək.

Modern.az Ukrayna KİV-nə istinadən xəbər verir ki, hazırda Varşavada olan Saakaşvili Ukrayna vətəndaşlığının ona qaytarılmasından danışıb.

“Mən heç yerdə reklam etmədən, prezident administrasiyasına vətəndaşlığımın qaytarılması üçün məktub yazdım”.

“Evinə qayıtdığı”nı elan edən Saakaşvili heç bir şəxsi məqsəd güdmədiyini, sırf Ukraynanın inkişafı və ayağa qalxması üçün çalışacağını elan edib.