AzEuroNews.com  ➤ Almaniyanın A2 avtobanında baş verən qəza böyük tıxacın yaranmasına səbəb olub.  Bu barədə AzEuroNews.com-a iki saata yaxındır ki, tıxacda gözləmək məcburiyyətində qalan həmvətənimiz Rəşad Quliyev məlumat verib. Onun sözlərinə görə, avtobanda hərəkət demək olar ki, dayanıb: “İnsanlar maşından düşüb nələr olduğunu anlamağa çalışırlar. Deyilənə görə qəza baş verib. Bayaq hadisə yerinə tələsən evakuatora da yol verdik”.

R.Quliyev bildirib ki, A2 Almaniyanın əhəmiyyətli avtobanlarındandır. Burada tıxacın yaranması magistral yolun kənarında yerləşən şəhərlərə də təsir edəcək: “Artıq elektron xəritədə ətrafdakı şəhərlərin yollarında tıxacın olduğu ilə bağlı məlumat verilir”.