Türkiyənin Muş vilayətində PKK terrorçuları yük qatarını partladıblar.

Terrorçular dəmir yolunu uzaqdan idarə edilən əldəqayırma partlayıcı qurğu ilə minalayıblar.

Trend-in “Hürriyət” qəzetinə istinadən verdiyi məlumata görə,Tatvan-Elazığ marşrutu üzrə hərəkət edən qatarın partlaması nəticəsində 7 vaqon relsdən çıxıb.

Hadisənin digər təfərrüatları barədə məlumat verilmir.