Azərbaycan Milli Məclisinin yaz sessiyasının sonuncu plenar iclası başlayıb.

“Report” xəbər verir ki, Oqtay Əsədovun sədrliyi ilə keçirilən iclasın gündəliyinə 26 məsələ daxildir.

İclasda “Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsi ilə yanaşı, “Dövlət rüsumu haqqında”, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında”, Vergi, İnzibati Xətalar, Cinayət məcəllələrinə və s. qanunlara dəyişiklik layihələri müzakirə ediləcək.

Plenar iclasın davamı mayın 31-də keçiriləcək.