Türkiyə İraqın şimalında genişmiyaslı hərbi əməliyyatlara başlayıb.

Trend-in məlumatına görə, bu barədə Türkiyənin Müdafiə Nazirliyi məlumat verib.

Türkiyə Silahlı Qüvvələri və Hərbi Hava Qüvvələri hazırda Metin və Avaşin-Baysan rayonlarında PKK terrorçularına qarşı əməliyyat keçirir.

Türkiyə İraqda PKK terrorçularına qarşı “Voqa” raketini sınaqdan keçirib. Raket zərbəsi ilə terrorçuların bütün dayaq nöqtələri məhv edilib.