Fərhad Çağtürk / AzEuroNews.com ➤  Almaniya vətəndaşlığını qəbul edən türkiyəlilərin sayı açıqlanıb. AzEuroNews.com xəbər verir ki, Almaniya Federal Statistika İdarəsinin məlumatına görə, 16700 türkiyəli Almaniyada vətəndaşlığını qəbul edib. 

Statistika idarəsindən verilən məlumatda deyilir ki, bu rəqəm 2013-cü ildən indiyə kimi qeydə alınan azalmadan sonra ilk yüksəlişdir. Eyni zamanda qeyd olunub ki, son 6 ildə Almaniya vətəndaşlığını alanlar sıranda ilk pillədə ingiltərəlilər qərarlaşıb. 

Ancaq keçən il Almaniya vətəndaşlığını qəbul edən ingiltərəlilərin sayı 6600 nəfər olaraq qeydə alınıb.

Federal Statistika İdarəsinin məlumatında qeyd olunur ki, 10 ildən çoxdur Almaniyada yaşayan türkiyəlilərdən yalnız 2.2 %-i vətəndaşlıq üçün müraciət edib.