Energetik içkilər qan təzyiqinin və ürək ritminin pozulmasına səbəb olur.

“Qafqazinfo” “MedicalXpress”ə istinadən xəbər verir ki, belə qənaətə Amerikanın Kaliforniya ştatının Sakit Okean Universitetinin mütəxəssisləri gəliblər. Alimlər 18-40 yaş aralığında 34 nəfər sağlam könüllü üzərində tədqiqatlar aparıblar. İştirakçılar bir saat ərzində bir litrədək energetik və yaxud onu əvəz edən içkini qəbul etməli olublar. İçkilərin tərkibində 304-320 milliqram kofein olub.

Təcrübədən əvvəl və sonra hər yarım saatdan bir içki içənlərin elektrokardioqram vasitəsilə qan təzyiqi və ürək ritmi ölçülüb.

Məlum olub ki, onlarda ürək döyüntüsünün intervalı olan QT 4 saat ərzində 6-7,7 millisaniyə göstərib. Həddindən çox uzun və ya qısa QT intervalı anormal qəlb döyüntülərinə, həyat üçün təhlükəli olan ürək aritmiyasına səbəb olur. Bundan başqa, pasiyentlərin sistolik və diasistolik arterial təzyiqində böyük artım müşahidə olunub.