Foto © Rudy and Peter Skitterians / pixabay.com
Foto © Rudy and Peter Skitterians / pixabay.com


Fərhad Çağtürk / AzEuroNews.com / Köln ➤  “Son vaxtlar Almaniyada uşaqlara vətəndaşlığın verilib-verilməməsi haqqında çoxlu suallar alırıq. Hətta bəzi soydaşlarımız Almaniyada uşaqlarının doğulmasına şərait yaradır və hesab edirlər ki, Almaniyada doğulan uşağa görə burada yaşamaq üçün hansısa üstün hüquq və ya Almaniyada yaşamaq hüququ əldə edə biləcəklər”. Bunu AzEuroNews.coma açıqlamasında miqrasiya məsələləri üzrə ekspert, hüquqşünas Əlövsət Əliyev deyib.

Əlövsət Əliyev
Əlövsət Əliyev

Onun sözlərinə görə, əgər Almaniyada yaşayan əcnəbidən Almaniyada uşaq doğulursa, uşağın doğum fakına görə Almaniya vətəndaşlığını əldə etməsi müstəsna hallarda mümkündür.

Mövcud qanunvericilik bu halın yaranmasına səbəb müstəsna şərt və ya hal aşağıdakı kimi nəzərdə tutub:

 Bu müstəsna hala 2000 -ci ildən başlayaraq əcnəbilərin Almaniyada doğulan uşağının Almaniyada doğum faktına görə ( jus soli) vətəndaşlıq əldə etmək imkanı ilə bağlıdır. Yəni, Almaniya ərazisində anadan olmuş uşaq doğum faktına görə vətəndaşlıq ala bilər.

Bunun üçün şəxs özü və ya valideyini iddia qaldırmalıdır və “Almaniyada böyümə”sini sübut etməlidir. “Almaniyada böyümə” faktına görə özünü Almaniya vətəndaşı hesab edən və ya buna iddialı olan şəxs özü bu iddianı qaldırmalıdır. Özü iddia qaldırmasa və Almaniya vətəndaşı olmasını iddia etməsə, dövlət orqanları buna təşəbbüs göstərməyəcək. Eyni zamanda bu hüquqdan Avropa İttifaqı üzvü olan digər ölkələrin vətəndaşları da faydalana bilərlər.

“Almaniyada böyüyən” anlayışının izah qanunda verilib. Qanuna görə, “Almaniyada böyüyən” dedikdə uşağın 8 il davamlı Almaniyada yaşaması və ya 6 il davamlı olaraq məktəbə getməsi nəzərdə tutulur. Eyni zamanda “Almaniyada böyüyən uşaqlar” dedikdə Almaniyada orta və ya ixtisas təhsili almış uşaqlar nəzərdə tutulur.

Əgər uşaq 2014-cü ildən əvvəl doğulubsa və Almaniyanın müvafiq hakimiyyət orqanlarından vətəndaşlığı seçmək haqqında sifariş alıbsa, o, Almaniyada böyüyən şəxs kimi vətəndaşlıq əldə etmək imkanından faydalana bilər. 
Belə hallarda uşağın valideynləri ayrı-ayrılıqda xəbərdar edilməlidir.

İnteqrasiya yoxsa “Almanlaşma”

1990-1999-cu illərdə Almaniyada doğulmuş uşaqlar, valideynlərinin vətəndaşlığını saxlamaqla yanaşı, naturalizasiya qaydası ilə Almaniya vətəndaşlığını ala bilərlər (keçid müddəası §40b Staatsangehörigkeitsgesetz (StAG)).

Bunu etmək üçün valideynlər Einbürgerungsamt’a ərizə ilə müraciət etməlidirlər. Bu cür uşaqlara da Almaniyada 2000-ci ildən etibarən Almaniya vətəndaşlığını əldə edənlər üçün tətbiq olunan eyni qaydalar tətbiq edilir.

Foto © Gerd Altmann / pixabay.com
Foto © Gerd Altmann / pixabay.com

Əgər uşaq göstərilən hallara uyğundursa və əvvəllər qeyri-Almaniya vətəndaşlığı (məsələn, Azərbaycan vətəndaşlığını) seçmiş olsa belə, indi yeni qaydalar çərçivəsində Almaniya vətəndaşlığı üçün yenidən müraciət edə bilər. Əsas odur ki, “Almaniyada böyüyən şəxs” hesab olunsun.

Sadalanan halların mövcud olması hələ şəxsiz vətəndaş hesab edilməsi deyil.