12-13 sentyabr Qurban bayramı ilə əlaqədar “ASAN xidmət” mərkəzləri fəaliyyət göstərməyəcək.

Dövlət Agentliyinin İnformasiya təminatı şöbəsindən verilən xəbərə görə 14 sentyabrdan isə vətəndaşlar “ASAN xidmət” mərkəzlərinə müraciət etməklə müvafiq xidmətlərdən yararlana biləcəklər.

Qeyd edək ki, “ASAN xidmət” mərkəzləri həftənin bazar ertəsi – cümə günləri saat 10:00-dan 20:00-dək, şənbə və bazar günləri isə saat 10:00-dan 17:00-dək (nahar fasiləsi olmadan) fəaliyyət göstərir.