AzEuroNews.com / Berlin ➤Almaniyanın paytaxtı Berlində nüvə silahı əleyhinə etiraz aksiyası keçirilib. AzEuroNews.comxəbər verir ki, Berlində “Bradenburq qapısı” önündə keçirilən aksiyada Almaniyada fəaliyyət göstərən QHT-lərin fəalları iştirak ediblər. 

Aksiyaçılar bildiriblər ki, hazırda Amerika, Rusiya və Şimali Koreya kimi bir neçə ölkə dünyanı nüvə silahı ilə təhdid edir. 

Onlar bildiriblər ki, BMT-nin təşəbbüsü ilə imzalanan “Nüvə silahının yayılmaması barədə müqavilə”yə əsasən, nüvə dövlətləri 1967-ci il yanvarın 1-nə qədər nüvə sınaqları keçirən ölkələr hesab olunur. Bu tarixdən sonra sınaq keçirən ölkələrin nüvə dövləti olması qanunsuz elan olunub. Lakin dünya xəritəsinə diqqət yetirdikdə, 1967-ci ildən sonra da nüvə sınağı keçirən ölkələrin, hətta bunu gizli gerçəkləşdirən ölkələrin olduğunu görə bilərik. 

Etirazçılar Almaniya hökumətindən nüvə məsələsinə birmənalı yanaşmalarını tələb ediblər.