“Yuventus” “Mançester Yunayted”in fransalı yarımmüdafiəçisi Pol Poqbanın transferi üçün danışıqlara başlayıb.

“Report” xəbər verir ki, bu barədə jurnalist Fabritsio Romano öz “Twitter” səhifəsində yazıb.

“Yuventus” Poqbanın transferi ilə bağlı Mino Rayoloy və “Mançester Yunayted” ilə danışıqlara başlayıb. Onlar onu qaytarmaq istəyirlər. “MY” tezliklə Poqbanın gələcək taleyi ilə bağlı qərar verəcək. Hazırda klublar arasında yalnız ilk təmaslar var”, – deyə Romano yazıb.