Forbes jurnalı Amerikalı reper Cey Zini ilk milyarder reper elan edib.

Axşam.az Rusiya mətbuatına istinadən xəbər verir ki, ilk albomiu 1996-cı ildə çıxan müğənninin gəliri təkcə musiqidən deyil.

Onun ən böyük gəlirini “Armand de Brignac Champagne” sampan brendindən qazandığı 310 milyon dollar, müxtəlif şirkətlərə yatırdığı sərmayələrdən qazandığı 220 milyon dollar təşkil edir.

Ümumilikdə isə reperin musiqi biznesi, daşınmaz əmlak və müxtəlif şirkətlərdən əldə etdiyi sərvəti 1 milyard dolları ötüb.