Simvol foto / © Fərahim İlqaroğlu / AzEuroNews.com
Simvol foto / © Fərahim İlqaroğlu / AzEuroNews.com


AzEuroNews.com / Deqqendorf   Almaniyanın Bavariya əyalətinin Deqqendorf şəhərində Azərbaycandan olan miqrant polis zabitinə hücum edərək ona xəsarət yetirib.AzEuroNews.comxəbər verir ki, bu barədə Almaniyada fəaliyyət göstərən “Leqat” inteqrasiya mərkəzi məlumat yayıb. Məlumatda deyilir ki, Azərbaycan vətəndaşı kimi sığınacaq almaq üçün müraciət edən 48 yaşlı kişi Almaniyada Platlinq rayon polisi tərəfindən saxlanılıb. Onun saxlanmasına səbəb dəfələrlə qanunsuzluğa yol verməsi, çoxlu cərimələrinin olması və təkrar olaraq cinayət məsuliyyətinə səbəb olan hərəkətlərə yol verməsidir. 
Polis əməkdaşları həmin şəxsi ilkin saxlama kamerasına salmaq istədikdə, o, polis əməkdaşlarına sərt müqavimət göstərmiş, polis zabitinin üzünə tüpürüb, daha sonra isə onun başını divara vurub.

Deqqendorf şəhər məhkəməsi miqrantın ilkin qoruma altına alınması barədə qərar qəbul edib. 48 yaşlı Azərbaycan vətəndaşına polis əməkdaşlarına hücum etmək və xəsarət yetirmə ilə bağlı ittiham irəli sürülüb.

Bundan başqa Platlində yerləşən sığınacaqda mayın 31-də afrikalılar arasında qarşıdurma yaşanıb və xeyli insan xəsarət alıb. Sığınacaqda olan azərbaycanlılar hadisə vaxtı sığınacaqdan kənarlaşdırılıblar. Həmvətənlərimizdən hadisədə iştirak edən olmayıb.