Foto © Fərahim İLQAROĞLU / AzEuroNews.com

Fərhad Çağtürk / AzEuroNews.com / Köln   Almaniyada  əmək miqrasiyası və əcnəbilərlə bağlı qanunun iyun ayının sonuna kimi qəbul edilməsi planlaşdırırlıb. “Leqat” inteqrasiya mərkəzindən AzEuroNews.coma daxil olan məlumatda deyilir ki,  qəbul olunması gözlənilən qanuna görə qacqın statusu uçun ərizə vermiş və rədd cavabı almış, həmin müddətdə iş tapmış və ya təhsil almağa başlamış şəxslərin ölkədə qalma hüququ təmin ediləcək. Bunun əksinə olaraq, ölkədən çıxarılması nəzərdə tutulmuş şəxslərlə bağlı qaydalar sərtləşdiriləcək.

Hakim koalisiyanın ekspertlerinin hazırladığı bu layihə cümə günü Bundestaqda müzakirə olunacaq. “Yaşıllar” və “Sol” partiyanın nümayəndələri bu qaydaların qəbuluna etiraz edirlər.

Gözlənilən odur ki, bu həm də sığınacaq üçün müraciətləri rədd edilmiş və işləyən miqrantların möhlət hüququ ilə ölkədə qalmalarını təmin edəcək.
Belə ki, son 18 ay və həftə ərzində 35 saatlıq əmək fəaliyyəti ilə məşğul olan əcnəbilərə 2 illik iş vizası veriləcəyi gözlənilir. Bir daha bildiririk ki, Almaniya hökuməti bu qanuna əsasən Almaniyada sığınacaq üçün müraciətləri rədd edilmiş miqrantlara fürsət vermək niyyətindədir.

Eva Högl
Eva Högl

Bundestaqın SPD Fraksiyasinin sədr müavini Eva Höglin fikrincə, bu dəyişiklik 3 məqsədə xidmət edir.
Birncisi, müraciəti rədd edilmiş və işləyən qaçqınlara humanitar əsaslarla işlədiyi üşün yaşamağa icazə veriləcək.
İkincisi, əcnəbilərin inteqrasiyasını sürətləndirir, bunun əhəmiyyətli olmasını göstərir, insanları inteqrasiyaya həvəsləndirir.

Üçüncüsü ,Almaniyanın əmək bazarına işçi qüvvəsinin cəlb olunmasının yeni qaydalarını müəyyən edir və bu sahədəki ehtiyacları ödəyir.

Yeni dəyişiklik ölkəyə gəlmiş işləmək və ya təhsil almaq istəyən şəxslər üçün də yeni imkanlar yaradacaq. Bundan başqa bu qaydalarla Avropa Birliyindən  olmayan vətəndaşlara iş tapmaq və təhsil almaq imkanlarını rahatlaşdırılacaq.
Vizası olan və dövlətdən yardım istəməyən şəxslərə 6 ay ölkədə qalmaq və iş axtarmaq imkanı veriləcək. Bunun üçün əsas şərt Almaniyada təhsili başa vurmaq və alman dilini bilməkdən ibarətdir.

Bu qərar qaçqın statusu müraciət etmiş bütün şəxslərərə aid deyil, yalnız 2018 ci ilin avqust ayına qədər Almaniyaya gəlmiş şəxslərə aiddir.

Bundan basqa SPD iddia edir ki, ölkədən çıxarılmalı olan şəxslərin həbsdə saxlanma şərtlərini də yaxşılaşdırılmasını nəzərdə tutulub. Belə ki, layihədə qeyd olunur ki, deportasiya üçün saxlanılan şəxslər digər cinayətkarlardan ayrı saxlanılacaqlar.

Foto © Weingarten/Deutschland / pixabay.com
Foto © Weingarten/Deutschland / pixabay.com

Yeni dəyişiklikdə həmçinin polislərə əlavə səlahiyyətlərin verilməsi də nəzərdə tutulub. Yeni səlahiyyətlərə görə, barəsində deportasiya qərarı çıxarılan və deportasiyadan gizlənən şəxslərin və ya şəxsin bütün federasiya ərazisində evlərə daxil olaraq axtarılması üçün polisə icazə verilməsi də aiddir.

Bundan basqa İŞİD üçün doyüşmüş şəxslərin vətəndaşlıqdan çıxarılması, status alan şəxslərin isə statuslarının ləğv edilməsi də bu dəyişiklik paketində nəzərdə tutulub.

Bu qanun layihəsinin bu həftənin cümə günü müzakirə olunacağı, iyunun axırına kimi isə qəbul edilməsi nəzərdə tutulub.