Foto © AzEuroNews.com
Foto © AzEuroNews.com

AzEuroNews.com / Berlin  Almaniyada yaşayan baykerlərin motoyürüşü keçirilib. AzEuroNews.com xəbər verir ki, Almaniyanın paytaxtı Berlində baş tutan yürüşdə Azərbayandan olan baykerlər də iştirak ediblər.

Bu barədə saytımıza məlumat verən həmvətənimiz Asim Hüseynov bildirib ki, yürüşə dəvət aldıqdan sonra Berlinə gəlib.

“Bakıdan mənimlə birlikdə 7 bayker dəvət alıb. Onlardan yalnız ikisi üzürlü səbəblərə görə gələ bilmədi. Bu gün test yürüşü keçirdik. Yaxın günlərdə həm Berlin, həm də Almaniyanın digər böyük şəhərlərində yürüşlərimiz olacaq. Bəzi şəhərdə yürüşün vaxtı dəyişdiyindən əvvəlcədən məlumat verə bilmirəm”– deyə bayker A.Hüseynov bildirib.