Ukrayna prezidenti Vladimir Zelenski ABŞ senatoru Robert Portmanla görüşü zamanı Ukrayna ordusunun ən son silah sistemlərinə ehtiyacının olduğunu bildirib. Modern.az xarici mətbuata istinadən xəbər verir ki, bunu Portmanın özü  Senatda  çıxışı zamanı deyib. O, qeyd edib ki, söhbət bir saat davam edib və geniş mövzuları əhatə edib.