Foto © Bundesamt für Migration und Flüchtlinge - BAMF
Foto © Bundesamt für Migration und Flüchtlinge - BAMF

AzEuroNews.com ➤  2500 nəfərdən çox qaçqın statusu almaq üçün müraciət etmiş əcnəbi 2014-cü ildən sonra yardım almaqla reinteqrasiya üçün vətəninə qayıdıb. Lakin qısa müddətdən sonra onların bəziləri yenidən qaçqın statusu almaq üçün Almaniyaya dönüblər. Bu barədə AzEuroNews.coma “Leqat” inteqrasiya mərkəzindən məlumat daxil olub. 

Məlumatda deyilir ki, təxminən 100 min qaçqın statusuna iddialı olan şəxs sonradan, 2014-cü ildən başlayaq ərizə verməklə müraciətini geri götürmüş və maliyyə yardımı almaqla vətəninə qayıtmışdır. Onlardan 2500 nəfərdən çoxu yenidən Almaniyaya qayıtmaqla qaçqın statusu ücün müraciət edib.

Almaniyaya sığınacaq üçün verdiyi ərizəni geri götürməklə, könüllü olaraq Almaniyadan imtina edən və vətəninə qayıdan 102 761 ərizəçinin 2506 nəfəri təkcə 2017-ci ildən 2019-cu ilə qədər olan müddətdə yenidən Almaniyaya qayıdıb.

Qayıdış proqramlarından daha çox Rusiya, Gürcüstan, İraq və Şimali Makedoniya vətəndaşları istifadə ediblər. Məlumat ücün bildiririk ki, bu proqramın şərtlərinə əsasən, hər bir əcnəbi bu proqramdan yalnız bir dəfə faydalana bilər. 

Ödənişi alan lakin, sonradan Almaniyaya qayıdan şəxs bu məbləği dövlətə qaytarmalıdır. 

Almaniyanın Daxili İşlər Nazirliyinin məlumatına görə, 2017-ci ilin əvvəlindən 2019-cu ilin aprel ayına qədər öz vətənlərinə qayıdan şəxslərə 83 min avro müavinət ödənilib.