Foto © Fərahim İLQAROĞLU / AzEuroNews.com

Fərhad Çağtürk / AzEuroNews.com / Köln ➤  Almaniya keçən il 1298 Türkiyə vətəndaşına “Mavi kart” verib. AzEuroNews.com xəbər verir ki, Türkiyə vətəndaşları Almaniyada “Mavi kart” alan hindlilər, çinlilər və ruslardan sonra 4-cü sırada qərarlaşıblar. 

Belə ki, Almaniya keçən il 7556 Hindistan, 2178 Çin və 1603 Rusiya vətəndaşına “Mavi kart” verib. 

Həmçinin oxu: İş axtarmaq üçün Almaniyaya necə gəlmək olar?- “Mavi Kart”
Həmçinin oxu: İş axtarmaq üçün Almaniyaya necə gəlmək olar?- “Mavi Kart”

“Mavi kart” kimlərə verilir ? 

Almaniyada “Mavi kart”la bağlı qanun 2012-ci ilin avqust ayında qüvvəyə minib. “Mavi kart”ın verilməsində əsas kriteriya iş axtaranın tələb olunan iş yerinə uyğun ali təhsili olması və tələb olunan ölkədə işlə bağlı təklifin real olması ilə bağlıdır.

Almaniyada “Mavi kartı” əcnəbilər aşağıdakı şərtlər daxilində ala bilər:

  1. Almaniyada ali təhsil alan, başqa ölkənin Almaniyanın tanıdığı ali təhsili və ya analoqu Almaniyada mövcud olan başqa ölkənin ali təhsili. İxtisasların və ali təhsil sənədlərinin Almaniyada tanınması ayrıca qanunla deyil, uzunmüddətli təcrübə ilə həyata keçirilir.
  2. İmzalanmış əmək müqaviləsi və ya zəmanətli Almaniyada işə götürənin müraciəti əsasında. İşə düzəlmək üçün müraciət edənin diplomunda göstərilən ixtisas, tələb olunan iş yerinə uyğun olmalıdır. İllik əmək haqqı hər ay üçün 4233 € (avro) , illik isə 50800 € (avro) olmalıdır.
  3. Xüsusi tələb olunan mütəxəssislərin işə götürülməsi zərurəti yarandıqda illik əmək haqqı 39,624 € (avro) olmalıdır. (aylıq əmək haqqı orta hesabla 3302 €) Bu halda Federal Məşğulluq İdarəsinin razılığı tələb olunur.

Hazırda Almaniyada xüsusi ehtiyac olan ixtisaslara texniki ölkələrə malik olan mütəxəssislərə, xüsusi ilə bu sahədə ixtisaslaşan elmi işçilərə, riyaziyyatçılara, İT mütəxəssislərə, həkimlərə və mühəndislərə ehtiyac var.