Saç tökülməsindən şikayəti olanlar itirilmiş saçlarını müxtəlif yollarla bərpa edə bilərlər.

Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, bunlardan biri də müxtəlif yağlardan istifadə etməkdir.

Nanə yağı – xoş ətri ilə yanaşı, saçları gurlaşdrır və dəridəki quruluğu aradan qaldırır.

Arqan yağı – parıltılı, dolğun saçların təminatıdır.

Jojoba yağı – saçların qırılmasının qarşısını alır, uzanmasını sürətləndirir.

Fındıq yağı – kəpəyə qarşı ən effektiv vasitədir. Tərkibindəki B1, B2 və B6 vitaminləri saçlarla yanaşı, dərini də nəmləndirir.

Bənövşə yağı – saçların tökülməsi əngəlləyir. Hər dəfə saçınızı yuduqdan sonra bu yağ əlavə edilmiş su ilə yaxalayın. Saçları parıldadır, xoş ətir yayır.

Xaşxaş yağı – kəpəyi aradan qaldırır.