Foto © pixabay.com
Foto © pixabay.com

Lamiyə Məmmədova / AzEuroNews.com / Paris ➤  Fransada 10 illik yaşamaq icazəsi üçün müraciət etmək qaydaları dəyişdirilib.  AzEuroNews.com xəbər verir ki, 10 illik yaşamaq icazəsi üçün müraciət edənlərə Fransanın prezidentinin, baş nazirinin kim olduğu ilə bağlı suallar verilir. 

AzEuroNews.com verilən sualların bəzilərini öyrənib. Onlar aşağıdakı kimidir:

Fransanın dövlət himni,

Fransanın dövlət bayrağının rəngləri,

Fransanın prezidenti və baş nazirinin adları,

Fransada məktəblərin hansı yaşa qədər məcbur olması,

Məşhur bir fransız sənətçinisin adı,

Bir fransız şair və yazarın adı,

Fransızca bir kitab adı.

Yeni qaydalardan biri də 65 yaşından yuxarı olan əcnəbilərin ölkənin miqrasiya idarələrinə minimum A2 səviyyəsində dil bilikləri ilə bağlı sertifikatı təqdim etmək məcburiyyətidir.