Foto © AzEuroNews.com

AzEuroNews.com ➤ Alman Bundestaqı ölkədə əcnəbilərin qalma qaydalarını və sığınacaq ərizəsi rədd edilmiş əcnəbilərin ölkədən çıxarılması prosedurunu sərtləşdirən 7 qanuna dəyişikliyi təsdiqlədi. Bu barədə AzEuroNews.com-a Almaniyada fəaliyyət göstərən “Leqat” inteqrasiya mərkəzindən məlumat daxil olub. 

Sənəd 372 deputat tərəfindən dəstəklənib, 159 deputat isə əleyhinə səs verib. 111- nəfər bitərəf qalıb. İndi bu qanun federal dövlətlərin nümayəndələrinin daxil olduğu Bundesratda təsdiq etməlidir.

Qanun haqqında əvvəllər geniş məlumat verdiyimizdən indi bəzi məqamlara toxunmaq istəyirik. 
Qanunda möhlət hüququ ilə işləyən sığınacaq axtaranlara müvəqqəti yaşamaq icazəsi verilməsi ilə yanaşı barəsində deportasiya qərarı çıxarılan əcnəbilərin saxlanılma qaydalarında dəyişiklik edilib, eyni zamanda müvafiq orqanların mərkəzi reyesterə daxil olmaq icazəsini təsdiqləyib.

Qəbul edilən qanunda əcnəbilərin cəzaçəkmə müəssisələrinə yerləşləşdirilməsini və əcnəbilər haqqında məlumatın Mərkəzi Reyestrinə daxil edilməsi və bu məlumatlardan deportasiya səlahiyyətli polislərin istifadəsi nəzərdə tutulur. 
Qanunda digər məsələlərlə yanaşı miqrantların çıxarılması zamanı baş verən uğursuzluqların qarşısını almaq məqsədilə polisin və müxtəlif orqanların səlahiyyətlərini genişləndirməyi nəzərdə tutur. Bundan sonra Almaniya DİN-in əməkdaşları və onun xaricdəki nümayəndəlikləri Əcnəbilərin Mərkəzi Reyestrinə daxil ola biləcək və bu məlumatları digər orqanlara göndərə və ya təqdim edə biləcəklər.

Bundan başqa, deportasiyası planlaşdırılan əcnəbilərə müvəqqəti saxlanılması üçün ayrılan 487 nəfərlik yer bəs etmədiyi halda, həmin şəxslər xüsusi müvəqqəti saxlama mərkəzlərində deyil, həm də bu məqsədlər üçün penitensiar müəssisələrdə ayrılan 500 nəfərlik yerdə saxlanıla biləcəklər.

Bundan başqa qaçqınların yaşayış yerinin dəyişdirilməsinin məhdudlaşdırılmasına dair 2016-cı ilin iyun ayından tətbiq olunan qanun da dəyişirilib. Avqustun 6-dan etibarən onların məcburi olaraq hansısa federal ərazidə məcburi 3 il yaşaması haqqında qərar qüvvədən düşəcək və sərbəst yaşayış yeri seçmək hüquqları bərpa ediləcək.

Qanunda həmçinin yetkinlik yaşına çatmayan qaçqınlarla bağlı dəyişiklik nəzərdə tutulur. Belə ki, əgər onlar Almaniyaya təkbaşına gəliblərsə, qaçqın statusu almaq üçün müraciət etməzdən əvvəl Xarici İşlər Nazirliyinin xüsusi qəbul nöqtələrindən və ya filiallarından birində qeydiyyatdan keçməlidirlər. Bundan başqa, əgər barmaq izləri əvvəllər yalnız 14 yaşına çatmış miqrantlardan götürülürdüsə, indi bu yaş 6 ilədək azaldılır.