Foto © Fərahim İLQAROĞLU / AzEuroNews.com

Fərhad Çağtürk / AzEuroNews.com  ➤ Polis rəisinin hədiyə olaraq aldığı şampan şərabı işini itirməsinə səbəb olub. AzEuroNews.com xəbər verir ki, hadisə Almaniyanın paytaxtı Berlində baş verib. Belə ki, Berlində poliş şöbələrindən birinə rəhbərlik edən şəxs hədiyyə olaraq bir vətəndaşdan şampan şərabı alıb. 

Hadisənin Daxili İşlər Nazirliyi tərəfindən bilinməsindən sonra polis rəisi müvəqqəti olaraq işdən çıxarılıb. Onun barəsində araşdırma isə, hələ də davam edir.

Hadisə ilə bağlı polis bölməsində çalışan 25 polis əməkdaşının evində də axtarış aparılıb.