Fərhad Çağtürk / AzEuroNews.com  ➤ Almaniyaya getmək üçün velosipedlə Ukraynadan yola çıxan bir Türkiyə vətəndaşı Polşa sərhəddində saxlanılıb. AzEuroNews.com xəbər verir ki, tikanlı tellər və minaların olmadığı, “meşə keçidi” adlı sıx meşəlikdən  velosipedçi turistlərin arasına qarışaraq Polşaya buradan da Almaniyaya getmək istəyən şəxsi Polşa polisi saxlayıb. 

Saxlanılan 36 yaşlı Türkiyə vətəndaşı polisdəki ifadəsində bildirib ki, məqsədi Almaniyaya getmək olub. 

O, Polşaya Ukrayandan gəldiyi üçün həmin ölkəyə təhvil verilib.