Azərbaycan-Almaniya xarici ticarət palatası gələn il Azərbaycanda son beş il ərzində biznes mühiti barədə hesabat təqdim edəcək.

Trend-in məlumatına görə, bunu palatanın icraçı direktoru Tobias Baumann Bakıda keçirilən Aİ-Azərbaycan biznes forumu zamanı deyib.

Qeyd olunur ki, Azərbaycanda biznes mühiti barədə hesabat bir neçə ildir ki, hazırlanır.

Bu hesabat iqtisadiyyatın müxtəlif sahələrini və ölkənin inkişaf dinamikasını izləməyə imkan verəcək.