Foto © Fərahim İlqaroğlu / AzEuroNews.com
Foto © Fərahim İlqaroğlu / AzEuroNews.com

AzEuroNews.com ➤ Almaniyanın Münhen şəhərində Türkiyə vətəndaşlarının toy karvanı ölkəni bir-birinə qatıb. AzEuroNews.com xəbər verir ki, toy karvanındakı avtomobillər müxtəlif təhlükəli manevrlər edərək bir tunelə daxil olublar. 

Bu zaman təkərlərdən çıxan tüstü tüneldəki yanğın əleyhinə sus siteminin çalışmasına səbəb olub.

Şimali Reyn Vestfaliya əyalətinin Daxili İşlər Nazirliyindən verilən açıqlamaya görə, son aylar toy karvanları istər şəhərdaxili, istərsə də avtobanlarda nəqliyyatın hərəkətinə ciddi çəkildə problemlər yaradır. 

Toy karvanlarındakı avtombilərin avtobanlarda qəsdən yavaş hərəkət etməsi, şəhərdaxilində isə birdən avtomobildən enib yallı gedən karvan iştirkaçıları nəqliyyatının iflic olmasına səbəb olurlar.