ABŞ prezidenti Donald Tramp Ağ Evin mətbuat katibi Sara Sandersin bu ayın sonunda işdən ayrılacağını açıqlayıb.

“Ölkə.Az” xəbər verir ki, Tramp məsələ ilə bağlı Tvitterdə məlumat verib.

“3.5 ildən sonra Sara bu ayın sonunda Ağ Evi tərk edərək Arkanzasa geri qayıdır. Sanders qeyri-adi qabiliyyəti ilə çox özəl bir insandır.

Ümid edirəm ki, Sara Arkanzas icra başçısı kimi seçkilərdə iştirak etmək qərarına gələr. Sara, gözəl işin üçün səni təbrik edirəm”, – deyə Tramp yazıb.