AzEuroNews.com ➤  Almaniyada mühacirətdə olan Türkiyənin tanınmış jurnalisti Can Dündarın həyat yoldaşı Berlinə gəlib. AzEuroNews.com xəbər verir ki, üç il əvvəl jurnalistin xanımı Dilek Dündarın xarici pasportu əlindən alınmış, ölkədən çıxışına qadağa qoyulmuşdu. 

D.Dündar ötən gün Almaniyanın paytaxtı Berlinə gələrək həyat yoldaşı Can Dündar və oğlu Ege Dündar ilə görüşüb. Dündar ailəsi birlikdə şəkil çəkdirərək sosial şəbəkələrdə paylaşıblar.

D.Dündar analıq haqqından istifadə edərək Türkiyədən çıxa bildiyini qeyd edib. Onun sözlərinə görə, Türkiyədə heç bir əsas olmadan onun ölkədən çıxışına qadağa qoyulub. Ana Yasa məhkəməsinə müraciət edən jurnalistin xanımı bildirib ki, orda da hüquqlarını bərpa edə biməyib.