AMEA Folklor İnstitutu vakant vəzifələri tutmaq üçün müsabiqə elan edir.

İnstitutdan Trend-ə verilən məlumata görə, müsabiqə aşağıdakı vakant vəzifələri tutmaq üçün elan edilir:

– Dədə Qorqud şöbəsi: aparıcı elmi işçi – 1 yer;

– Mərasim folkloru şöbəsi: aparıcı elmi işçi – 1 yer.

Müsabiqədə uyğun ixtisas üzrə iş təcrübəsi olan elmlər və fəlsəfə doktorları iştirak edə bilər. Sənədlər (direktorun adına ərizə, əmək kitabçasının surəti, diplomların surəti, elmi əsər­lərin siya­hısı, tərcümeyi-hal, kadrların şəxsi uçot vərəqi, 3×4 ölçüdə 2 şəkil) elan verildiyi tarixdən etibarən 1 ay müddətində elmi katibliyə təqdim edilməlidir:

Ünvan: Bakı şəh., İçəriçəhər, 8-ci Kiçik Qala döngəsi, 31, Folklor İnstitutu.

Tel.: (+994 12) 492 92 48