Astroloqlar hansı bürclərin nümayəndələrinin bir-biri ilə ailə həyatında daha yaxşı yaşadığını açıqlayıb.

“Ölkə.Az” xəbər verir ki, ideal uyğunluq cəmi iki bürcə aid olub.

Dolça və Qız

Dünyaya ümumi prizmadan baxış, eyni dəyərlər və bir-birini bir sözdən başa düşmə bu bürcün nümayəndələrini xoşbəxt edir. Astroloqların fikrinə əsasən, Dolça və Qız dalaşmadan, mübahisə etmədən yaşaya bilərlər.

Şir və Tərəzi

Bu bürclərə aid cütlüklər Qız və Dolçaya rəqib ola bilər. Məlum olub ki, bu bürcün nümayəndələri bir-birinə zidd olsalar da, bir-birlərini çəkirlər. Tərəzi diplomatiya sayəsində məğrur Şiri ram edir. Şir isə Tərəzinin xoşuna gəlmək üçün dağları dələ bilər.