Foto © Fərahim İlqaroğlu/ AzEuroNews.com
Foto © Fərahim İlqaroğlu/ AzEuroNews.com

AzEuroNews.com ➤ Avstriyadan sosial yardım alıb Türkiyədə yaşayan şəxs cərimələnib. AzEuroNews.com  xəbər verir ki, bir Türkiyə vətəndaşının 2009-cu ildən indiyə kimi Avstriya Sosial Yardım İdrəsindən (AMS) 17 min avro işsizlik pulu aldığı ortaya çıxıb. 

Viyana polisindən verilən açıqlamaya görə, həmin şəxs yalnız rəsmi işlər üçün Avstriyaya gəlib. Qalan günlərdə Türkiyədə yaşayıb. 

Pasport yoxlanışı zamanı məlum olub ki, həmin şəxs 15 ayın 12-sini Türkiyədə 3 ayını isə Avstriyada yaşayıb. 

Türkiyəyə gedib-gəlməsini Avstriyanın sosial yardım idarəsi olan AMS-yə bildirməyən şəxs haqqında polisə şikayət edilib. 

Saxlanılan şəxs polisə ifadəsində bildirib ki, Türkiyədəki ailəsinin maddi vəziyyəti pis olduğu üçün bu yola əl atmaq məcburiyyətində qalıb.

İndi o, aldığı sosial yardımı cərimə şəklinə qaytarmalıdır.