Foto: arti49.com

AzEuroNews.com ➤  Almaniyanın prezidenti Frank Valter Ştanmayer ötən gün Berlində bir orta məktəbi qəfil ziyarət edib. AzEuroNews.com xəbər verir ki, paytaxtda Wilhelm-Hauf orta məktəbinə gedən Almaniya prezidenti müəllim və şagirdlərlə görüşüb. 

Əcnəbi şagirdlərin üstünlük təşkil etdiyi məktəbdə həmin gün “Açıq qapı” günü keçirilirmiş. Şagirdlərin məktəbin həyətindəki şou-proqramını izləyən Ştanmayer onların valideynləri ilə söhbət edib.

Foto: arti49.com

Almaniya prezidenti deyib ki, bir-birimizi sosial mediadan deyil, realda tanımağımız lazımdır. 

O, Berlindəki kirayə evlərin qiyməti  və təhsildəki bəzi problemlərdən xəbərdar olduğunu, tezliklə problemlərin həll olunacağı ilə bağlı ümidli olduğunu vurğulayıb.