Foto: arti49.com

AzEuroNews.com ➤ Norveçin islamlaşdığını iddia edən bir qrup insan ötən gün Osloda etiraz aksiyası keçirib. AzEuroNews.com xəbər verir ki, radikal sağçı qrupların keçirdiyi aksiyada İslam dini və müsəlmanlar əleyhinə müxtəlif şüarlar və təhqirlər səsləndirilib. 

Aksiyada diqqət çəkən məqamlardan biri isə, bir qadının Qurani-Kərimi yerə atması olub.  Bu zaman aksiyanı izləyən müsəlmanlarla etirazçılar arasında gərginlik yaşanıb. Polis tərəfləri sakitləşdirdikdən sonra aksiyanı dağıdıb.

Aksiya iştirakçısının Qurani-Kərimi yerə atması Norveçdə yaşayan müsəlmanların haqlı narazılığına səbəb olub. Onlar qadının məsuliyyətə cəlb olunmasını tələb ediblər. 

Ölkədə fəaliyyət göstərən İslam dini və müsəlmanlarla bağlı təşkilatlar məhkəməyə müraciət edəcəklərini bildiriblər.