ABŞ prezidenti Donald Tramp, gələn həftədən etibarən Birləşmiş Ştatların qanunsuz mühacirlərin kütləvi deportasiyasına başlayacağını elan edib.

“Gələn həftə ABŞ-ın immiqrasiya-gömrük polisi Birləşmiş Ştatlar ərazisinə qanunsuz yolla ayaq basmış milyonlarla qeyri-leqal mühacirlərin deportasiyası prosesinə start verir. Onlar bura necə tez gəliblərsə, elə də tez qovulacaqlar”, -deyə Tramp öz Twitter səhifəsində yazıb.

Ağ Ev rəhbəri miqrasiyaya nəzarət məsələsində demokrat konqresmenləri fəaliyyətsizlikdə ittiham edib.