AzEuroNews.com ➤ Almaniyanın Sosial Demokratlar Partiyası (SPD) İsveçdə olduğu kimi pul qarşılğında seksin qadağan olunmasını istəyir. AzEuroNews.com 

xəbər verir ki, partiyadan verilən açıqlamada bildirilib ki, İsveçdəki kimi pul qarşılığında seks qadağan edilməlidir. Partiya rəhbərliyində təmsil olunanlar qeyd ediblər ki, İsveçdə kişilər ölkədə və xaricdə pulla seks xidmətlərindən yararlanırlarsa onları pul və həbs cəzası gözləyir. 

SPD rəhbərliyində təmzil olunanlar eyni qanunun Almaniyada qəbul edilməsinin zəruri olduğunu vurğulayıblar. 

Təbii ki, SPD-nin bu təklifi Almaniya Parlamentində birmənalı qarşılanmayıb. Yaşıllar və Sol Partiyasında təmsil olunanlar parlamentdə çıxışları zamanı mübahisəli ”Fahişəlik qanunu”nunda sərt qadağalara yer verilməsinin düzgün olmadığını dilə gətiriblər. 

Onlar bildiriblər ki, pulla seks təklif edən qadınlar dövlət nəzarətində fəaliyyət göstərməlidirlər. Onlar qeydiyyatdan və aylıq tibbi müayinədən keçməlidirlər. 

Qanunun müzakirləsi növbəti həftə davam edəcək.