Ukrayna prezidenti Vladimri Zelenski ilə Berlində görüşən Almaniya kansleri Angela Merkelin qırmızı xalıda halı pisləşib.

“Qafqazinfo” Ukrayna KİV-nə istinadən xəbər verir ki, hər iki ölkənin himni səsləndirilən zaman Merkel titrəməyə başlayıb. Bunu dayandırmaq üçün əllərini müxtəlif formada saxlamağa çalışan kanslerin vəziyyəti insanların gözündən yayınmayıb. Zelenski isə heç nə olmamış kimi qırmızı xalıda dayanmağa davam edib. Ehtimal olunur ki, kansleri gün vurub. Çünki Berlində 30 dərəcəyədək isti olub.

Daha sonra Merkel mətbuat konfransında görüntülərindən danışıb. O, “3 stəkan su içmişdim, amma bu, mənə bəs etmədi. İndi yaxşıyam” deyib.

Merkelə yardım göstərməməkdə ittiham olunan Zelenski isə “Mən onun yanında dayanmışdım. İnanın mənə o, təhlükəsiz idi”.