Foto : Fərahim İLQAROĞLU

AzEuroNews.com ➤ Berlində kirayə haqlarının məbləğini qaldırmaq qadağan olunub. AzEuroNews.com  xəbər verir ki, bu qadağa növbəti 5 il üçün nəzərdə tutulub.  Belə ki, Berlində evlərini kirayə verən vətəndaşlar 2025-ci ilə qədər kirayə haqlarını qaldıra bilməzlər. Eyni zamanda növbəti 5 ildə evlərini kirayə verənlər əvvəlki məbləğdən artıq olmamaq şərti ilə qiymət müəyyən etməli olacaqlar. 

Ötən gün Berlin Senatında qəbul edilən qərar 2020-ci ildə qüvvəyə minəcək. 

Məlumat üçün bildirək ki, Bremen, Hamburg ilə birlikdə əyalət statusunda olan Berlin SPD, Yaşıllar və Sol partiyanın qurduğu koalisiya ilə idarə edilir.