İranın rəsmi xəbər agentliyi İRNA İran İslam İnqilabı Keşikçiləri Korpusunun səhər saatlarında amerikan casusu olan bir PUA vurduqları barədə xəbər yayıb.

“Ölkə.Az” xəbər verir ki, açıqlamaya əsasən, vurulan PUA “RQ-4 Global Hawk”dır. Bildirilir ki, hava sərhədini pozan PUA Hürmüzgan əyalətindəki Mübarək dağı bölgəsində vurulub.

Bir müddət əvvəl rəsmi Vaşinqton İranı Oman körfəzində tankerləri vurmaqda ittiham etmişdi. İranın bu açıqlaması isə münasibətləri daha da gərginləşdirəcək.

Qeyd edək ki, ABŞ-la İran arasında münasibətlərin gərginləşməsinə səbəb rəsmi Tehranın nüvə silahı ilə bağlı açıqlaması olub.