Avropa İttifaqı Ukraynanın Krım bölgəsinin ilhaqına görə Rusiyaya qarşı tətbiq etdiyi iqtisadi sanksiyaların müddətini daha bir il uzadıb.

“Report” RT-yə istinadən xəbər verir ki, bu barədə qərar Avropa İttifaqı Şurasının saytında yerləşdirilib.

Sanksiyalar 2020-ci il iyunun 23-dək qüvvədə olacaq. 

Qeyd edək ki, Rusiya 2014-cü ilin mart ayında Krım yarımadasını ilhaq edib. Avropa İttifaqı və ABŞ bu addımına görə Rusiyaya qarşı iqtisadi sanksiyalar tətbiq edib.