Çinin dövlət başçısı Si Tsinpin Şimali Koreyaya rəsmi səfər edib.

“Ölkə.Az” xəbər verir ki, Tsinpin 14 il sonra Şimali Koreyaya dövlət başçısı kimi səfər edən ilk Çin lideri olub.

Pxenyandakı hava limanında Tsinpin rəsmi şəkildə qarşılanıb. Onu Kim Çen İnlə yanaşı yüksək vəzifəli Şimali koreyalılar qarşılayıb. Çin dövlət başçısını səfərdə inkişaf və islahatlar komitəsinin sədri, diplomatlar müşayət edib. Onun səfəri iki gün davam edəcək. Səfərin məqsədi iki ölkə arasında münasibətləri normallaşdırmaqdır.

Qeyd edək ki, Si ilə Kim Çen İn son bir ildə dördüncü dəfədir ki, görüş keçirir.