AzEuroNews.com ➤ Dünən axşam saatlarında Gürcüstanda baş verən ixtişaşlar zamanı 31 media mənsubu yaralanıb. AzEuroNews.comxəbər verir ki, bu barədə Gürcüstanda media üzrə çalışan QHT-lər birgə bəlumat yayıblar. 

Məlumatda deyilir ki, jurnalistlərin əksəriyyətinə rezin güllə dəyib. Hüquq mühafizə orqanlarının yüksək rütbəli əməkdaşlarını çəkən jurnalistlərə də zor tətbiq edilib. Onlar döyülərək saxlanılıblar. 

“Rustavi-2” televiziyasının əməkdaşı Giorgi Sulaşvili əvvəlcə döyülərək çənəsi sındırılıb. Təcili yardım maşınına aparılan zaman isə, polisin atdığı rezin güllə onun gözünə dəyib. Xəstəxanaya çatdırıldıqdan sonra əməliyyat olunan jurnalist sol gözünü itirib. 

Gürcüstanın Səhiyyə Nazirliyinin məlumatına görə, parlament binası önündə qarşıdurmadan sonra stasionara 240 nəfər qəbul edilib. Gürcüstan mətbuatının məlumatına görə, bunlardan 80-i polis əməkdaşıdır. Parlament qaşısında aksiya keçirənlərə qarşı gözyaşardıcı qaz və rezin güllələr tətbiq edilib. Səhiyyə nazirinin müavini Zaza Boxyanın sözlərinə görə, hazırda iki əməliyyat aparılır. Onun sözlərinə görə, müxtəlif xəstənaxalarda 120 nəfər xəsarət alan var. Səhərə yaxın onlarla insan saxlanılıb. Gürcüstan müxalifəti axşam etiraz aksiyasını bərpa etmək niyyətindədir.