AzEuroNews.com  ➤ Rusiyada yaşayan həmvətənlərimiz tapdıqları bir milyon Rusiya rublunu sahibinə veriblər. AzEuroNews.com Diaspora Komitəsinə istinadən məlumat verir ki, Rusiyanın İrkutsk şəhərində yaşayan və meyvə ticarəti ilə məşğul olan Şamxal Gözəlov və dostu içərisində bir milyon rubl (təxminən, 27 min manat) olan bağlama tapıb. Həmyerlilərimiz bağlamanı sahibinə çatdırıb. 

Pulun sahibi dürüstlüyünə görə, soydaşlarımıza təşəkkür edib. Hadisə yerli sakinlərdə də maraq doğurub və onlar azərbaycanlıların dürüstlüyünə heyran qalıblar.