AzEuroNews.com  ➤ “Gürcüstanda baş verən hadisələrə baxıram və qibtə edirəm”. Bunu “Facebok”da Türkiyədə yaşayan azərbaycanlı iş adamı, “Palmalı” şirkətlər qrupunun rəhbəri Mübariz Mənsimov yazıb. 

“Ona görə qibtə edirəm ki, bu xalq necə də milliyətçi bir xalqdır. Bir rus millət vəkilinə görə bu dəqiqə Tiflisdə nələr baş verir… Qürurlarına toxundu. Bu cür hallar nədənsə bizim qürurumuza heç toxunmur. O erməni şərəfsiz terrorçusuna orada- Gürcüstanda heykəl qoyuldu. Nədənsə oradakı azərbaycanlılar susdu. Açılışı oldu, baxa-baxa qaldıq. 3-5 adam çıxıb guya hay-küy saldı. Say 3-5 nəfər olarsa, nəticə də təbii belə olar. Baxmayaraq ki, qonşu Gürcüstanın Azərbaycan sayəsində iqtisadiyyatı güclənir, baxmayaraq ki, Azərbaycan Neft Şirkəti oraya küllü miqdarda sərmayə yatırır. Heç nəyə baxmadılar və o terrorçunun heykəlini qoydular. Bu yenə də ona gətirib çıxarır ki, pul tökməklə deyil, düzgün yatırım edib, Azərbaycanı düzgün tanıtmaq lazım idi. Heç olmasa, bu qədər qürurumuza toxunmayaydılar” -deyə M.Mənsimov statusunda qeyd edib.