Foto © Bundesamt für Migration und Flüchtlinge - BAMF
Foto © Bundesamt für Migration und Flüchtlinge - BAMF

AzEuroNews.com  ➤ Bu ilin may ayında Almaniyadan sığınacaq istəyənlərin sayı məlum olub. Almaniya Miqrasiya və Qaçqınlarla iş üzrə Federal İdarədən (BAMF) AzEuroNews.coma daxil olan məlumatda deyilir ki, may ayında idarə ümumilikdə 12891 müraciətə baxıb.

Bu keçən ilin eyni ayı ilə müqayisədə 3,2 % çoxdur. Bu ilin aprel ayı ilə müqayisədə isə, müraciət edənlərin sayında 4,4 % artış müşahidə olunur. 

Federal idarədən verilən məluamatda qeyd olunur ki, ötən ay sığınacaq üçün müraciət edənlərdən 3579 nəfərə Cenevrə Konvensiyasına əsasən qaçqın statusu verilib. 

689 nəfər humanitar əsaslarla, 497 nəfər isə deportasiyadan müdafiə hüququna əsasən qaçqın statusu alıb. 

4652 nəfərin ərizəsi isə rədd edilib. 5918 nəfər barəsində isə, Dublin proseduru başladılıb. 

Keçən ay Almaniyadan sığınacaq istəyənlər sırasında birindi yerdə yenə Suriya vətəndaşları qərarlaşıb. 2832 suriyalı may ayında Almaniyadan sığınacaq istəyib. İkinci yerdə 1212 nəfərlə İraq vətəndaşları, üçüncü yerdə 1140 nəfərlə Nigeriya, dördüncü yerdə isə 989 nəfərlə qardaş ölkə Türkiyənin vətəndaşları qərarlaşıb.