A.Bakıxanov-Mirəli Qaşqay küçələrinin kəsişməsində nəqliyyatın hərəkətində müəyyən məhdudiyyətlər yaranıb.

Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat xidmətinin rəhbəri Mais Ağayevin Modern.az-a verdiyi məlumata görə, bu, aparılan təmir işləri ilə əlaqədardır.

Belə ki, A.Bakıxanov küçəsindəki iki zolağda hərəkətə müvəqqəti məhdudlaşdırılıb. Mətbuat xidməti rəhbərinin sözlərinə görə, A.Bakıxanov küçəsindən sola Mirəli Qaşqay küçəsinə giriş isə təmir işləri ilə əlaqədar olaraq məhdudlaşdırılıb.