Çin Xalq Respublikasının sədri Si Cinpin Osakada keçiriləcək G20 sammitində iştirak edəcək. 

Bu barədə “Sinxua” ÇXR-nin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Lu Kana istinadən məlumat yayıb.

Bildirilir ki, ÇXR-nin sədri Si Cinpin Yaponiyanın Baş naziri Sindzo Abenin dəvəti ilə G20-nin 14-cü sammitində iştirak etmək üçün iyunun 27-dən 29-dək Osakaya səfər edəcək.

Yaponiya ilk dəfədir ki,  “Böyük iyirmiliyə” sədrlik edir. G20 liderlərinin sammiti Osakada iyunun 28-29-da keçiriləcək. ABŞ Prezidenti Donald Trampın G20 sammitində rusiyalı həmkarı Vladimir Putin və Çin sədri Si Cinpinlə görüşəcəyi gözlənilir.