AzEuroNews.com ► Hollandiya hökuməti öz ölkəsində mal varlığı olan əcnəbilər haqqında araşdırmaya başalayıb. AzEuroNews.com xəbər verir ki, artıq bununla bağlı qanun layihəsi hazırlanıb. Hollandiya mətbuatında gedən xəbərlərə görə, qanun layihəsi yaxın günlərdə parlamentdə müzakirəyə çıxarılacaq.

Yeni qanuna görəöz ölkəsində mal varlığı olanların sosial yardımları kəsiləcək. Hazırlanan qanun layihəsində qeyd olunur ki, Hollandiyadan sosial yardım alan əcnəbilər öz ölkələrindəki daşınmaz əmlaklarını sata və ya kirayə verməklə dolana bilərlər. 

Qanunun sərt tərəflərindən biri də, öz ölkəsində daşınmaz əmlakı müəyyən edilən əcnəbilərin indiyə kimi Hollandiyadan aldığı sosial yardımı geri qaytarmasının zəruri olmasıdır.