“Journal of the American Medical” jurnalında maraqlı bir araşdırmanın nəticələri dərc edilib.

“Ölkə.Az” xəbər verir ki, alimlərin araşdırmasına əsasən, orta yaşlı qadınlar sağlamlıqlarını qorumaq və erkən ölüm riskini azaltmaq üçün hər gün piyada gəzməlidirlər.

Mütəxəssislər qeyd edirlər ki, yaşlı insanlar həftədə ən azı 150 dəqiqələrini gəzintiyə və fiziki işlərə sərf etməlidirlər. Amma bir çoxları bunun nə mənaya gəldiyini tam dərk edə bilmirlər. Bu səbəbdən alimlər hər gün neçə addım atmaq lazım olduğunu dəqiqləşdirmək üçün təcrübə aparıblar.

Təcrübədə 17 min qadın iştirak edib. Məlum olub ki, addımların sayının artması erkən ölüm riskini azaldır. Gün ərzində 7.5 min addım atmaq sağlamlığı qorumaq üçün kifayətdir. Gün ərzində isə gəzinti zamanı 4.5 min addım normal sayılır.