Müğənni-bəstəkar Emin “Jara” festivalının 2017-ci ildə keçiriləcək vaxtını açıqlayıb.

Məlumata görə, festival iyulun 27-dən 30-na kimi baş tutacaq.

Dörd gün davam edəcək tədbirdə bir çox yerli və əcnəbi məşhurlar iştirak edəcəklər.

Festivala biletlər sentyabrın 12-dən satışa çıxarılacaq.

Emin açıqlamasında növbəti festivalda əcnəbi ulduzların da yer alacağını bildirib.