Türkiyə Rusiyadan “S-400” raket sistemlərinin tədarükünə gələn ay başlayacaq.

“Report” AA-ya istinadən xəbər verir ki, bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan açıqlama verib.

Dövlət başçısı Rusiya istehsalı olan raket sistemlərini almaq barədə razılaşmadan geri dönməyəcəklərini, bunun suveren hüquqları olduğunu vurğulayıb.

Türkiyə uzaqmənzilli “S-400 Triumph” hava müdafiə raket sistemlərinin məcmu dəyəri 2,5 milyard dollar olan dörd divizionunu satın almağı nəzərdə tutur. Ölkənin müdafiə naziri Hulusi Akar həmin sistemlərin oktyabr ayından mövqelərə yerləşdirməyə başlayacaqlarını bildirmişdi.